Merlion

Göydələnlərin fonunda Merlion heykəli
Merlion gecə vaxtı

Merlion[1] (ing. Merlion, çin. 魚尾獅, malay Singa-Laut) — Sinqapurun simvolu, mifik varlıq. Xarici görünüşcə bədəndən balıq, başdan isə şir formasındadır.Merlion sözü mer ("dəniz", ing. mermaid — "su pərisi") və lion ("şir").[2] Şir gücü və qorxmazlığı simolizə edir. Balıq isə Sinqapurun dənizlə olan sıx bağlılığına işarə edir. Şəhərin adı sanskrit sözü olan sinqa ("şir") və pura sözlərindən meydana gəlmiş və qədim əfsanəyə görə şəhərə bu adı şahzadə Sanq Nila Utama verib. Şahzadə cəngəllikdə şirlə qarşılaşmış və qılıncını çıxararaq döyüşə hazırlaşmış. Ancaq şir və şahzadə bir-birinin gözlərinə baxaraq sülhlə ayrılmışlar.

Merlion heykəli Sinqapurda şəhərin emblemindəki formaya uyğun qurulub. Emblem 1964-cü ildə sinqapur turizm cəmiyyətinin sifarişi əsasında Freyzer Brunner tərəfindən işlənilmişdir. Betondan olan heykəlin hündürlüyü 8,6 metr, çəkisi 70 tondur. Lahiyyənin dəyəri 165,000 sinqapur dollar olmuş. Heykəlin yerli heykəltaraş Lim Nanq Senq hazırlamışdır. Merliyon təkcə heykəl statusu daşımır, o həm də, fontandır. Məhz şirin ağzından su fontan vurur[3]. Heykəli Sinqapur çayının mənsəbində ucaldıblar. 15 sentyabr 1972-ci ildə təntənəli şəkildə Merlion parkının açılışı olmuş və tədbirdə Sinqapurun baş naziri Li Kuan Yu iştirak etmiş. Heykəlin ətrafında zamanla böyük göydələnlər, parlament binası, asiya sivilizasiyası muzeyi və s. önəmli binalar tikilmişdir.

1997-ci ildə tikintisi başa çatan Esplanada körpüsü hekəlin dənizdən olan görünüşünün qarşısı kəsmişdi. 2002-ci ildə heykəl və təməli çay boyu 120 metr aşağıya aparılaraq Fullerton otelinin önündə yerləşdirilmişdi[4].

28 fevral 2009-cu il, saat 4:30-da heykəli ildırım vurmuş və bir hissəsi dağılmışdır[5]. Müasir dövrdə heykəl tam restavrasiya olunub.

  1. Bax. sözün ifadə forması singlishdictionary.com Arxivləşdirilib 2011-02-17 at the Wayback Machine və ya səs yazısı Arxivləşdirilib 2009-04-25 at the Wayback Machine Ulysses by the Merlion sinqapur şairi Edvin Tambu
  2. Merlion Park Arxivləşdirilib 2017-10-16 at the Wayback Machine, VisitSingapore.com
  3. Мерлион в Сингапуре [ölü keçid]
  4. "A new home for the Merlion". URA Skyline (July/August 2000) Arxivləşdirilib 2012-02-18 at the Wayback Machine. p. 6–8
  5. "Singapore's iconic Merlion damaged by lightning - radio" (ingilis). Reuters. 28 февраля 2009. 2019-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-18.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search